“Google”dan QƏRAR – Bu tətbiqlər bloklanır

“Google” şirkəti özünün “Advanced Protection” proqramını Android əməliyyat sisteminə də inteqrasiya edib.

Yenicag.az “9to5google”a istinan xəbər verir ki, “google” bununla kənar resurslardan yüklənən tətbiqləri məhdudlaşdırır.

Belə ki, bu funksiya öz növbəsində Play Protect sistemini həmişə aktiv şəkildə saxlayır və onun mütəmadi çalışmasına nəzarət edir. Və həmçinin kənar resurslardan yüklənmiş APK faylların bloklanmasını da reallaşdırır.Bu funksiya “Google” hesabına qoşulu olur.

Qeyd edib ki, kənar resurslardan olan tətbiqləri kompüter vasitəsilə ADB-dən istifadə edərək quraşdırmaq olacaq.