“Google”dan yeni naqilsiz qulaqlıq – QİYMƏTİ AÇIQLANDI

“Google” şirkəti naqilsiz “Pixel Buds 2” qulaqlıqlarını təqdim edib.

Yenicag.az xəbər verir ki, şirkətin verdiyi məlumata əsasən “Pixel Buds 2″nin radiosiqnal qəbulunun uzun məsafəsi sayəsində hətta musiqi mənbəyi futbol meydançasının bir tərəfində olsa belə meydançanın digər tərəfində olan istifadəçi həmin musiqiyə qulaq asa biləcək.

“Pixel Buds 2″nin üstünlüklərini təqdim edirik:

1. “Pixel Buds 2” səsin intellektual tənzimlənməsi özəlliyinə sahibdir. Bunun sayəsində qulaqlıq ətraf səs-küyün yüksək olduğu halda avtomatik olaraq danışıq səsini yüksəldə və ya aşağı sala bilər.

2. Hər bir qulaqlıq ayrıca kompüter funksiyasını daşıyır və hər bir qulaqlıq səsləndirilmiş nitqi tərcümə edə, səsli köməkçini idarə edə və istifadəçinin sorğularına əsasən səsləndirməni ayarlaya bilər.

3. Qulaqlığın dairəvi dizaynı isə öz növbəsində istifadəçi qulağının daxilində rahat yerləşməsinə imkan verir.

4. “Pixel Buds 2″nin çalışma müddəti 5 saatdır.

5. Naqilsiz şarj keysindən istifadə edərək qulaqlıqları əlavə olaraq 4 dəfə şarj etmək olar. Nəticədə Pixel Buds 2-nin çalışma müddəti 24 saata kimi yüksəlir.

Pixel Buds 2 gələn il satışa çıxacağı və qiymətinin 179$ təşkil edəcəyi bildirilib.