Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Google”ın işində problem yarandı

“Google” axtarış sisteminin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.

Yenicag.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, nasazlıqlar daha çox ABŞ, Meksika, Braziliya, Yaponiya, Danimarka, Belçika və Almaniyada qeydə alınıb.

Bildirilir ki, “Google” istifadəçilərin təxminən 57 faizi axtarış sistemində, 42 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıb.

www.yenicag.az

164