!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Google”un TƏHLÜKƏLİ İXTİRASI: Bundan kimlər istifadə edə bilər?

!Reklam – Yazi

“Pis niyyətli insanların bu tətbiqdən sui-istifadə etməsinin qarşısını almaq üçün bəzi tədbirlər görülür. Ondan yalnız “səlahiyyətli tərəfdaşlar” istifadə edə bilər”.

Yenicag.az xəbər verir ki, bunu dublyaj qabiliyyətinə malik “Universal tərcüməçi” tətbiqinin təqdimatı zamanı “Google”un Texnologiya və Cəmiyyət üzrə vitse-prezidenti Ceyms Manyika deyib.

O, “Universal tərcüməçi”ni belə təsvir edib:

““Universal tərcüməçi” danışan şəxsin səsini tərcümə edərkən dodaq hərəkətlərini uyğunlaşdırmağa kömək edən eksperimental süni intellektli video dublyaj xidmətidir. O, danışanın dediklərini köçürür və tərcümə edir. Sonra hamısını bir yerə yığaraq videonu təqdim edir.

Pis niyyətli insanların bu tətbiqdən sui-istifadə etməsinin qarşısını almaq üçün bəzi tədbirlər görülür. Buna görə də texnologiyadan yalnız “səlahiyyətli tərəfdaşlar”ın istifadə etməsi nəzərdə tutulub”.

Sadiq Cavadov

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv