Goranboy sakininin avtomobilindən odlu silah götürüldü

Goranboy sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Aşağı Ağcakənd qəsəbə sakini M. Məmmədova məxsus “VAZ-2106”markalı avtomobilə baxış zamanı oradan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.