!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda DƏHŞƏT: Ana sevgilisi ilə birləşib 11 yaşlı oğlunu qətlə yetirdi - FOTO / YENİLƏNDİ

!Reklam – Yazi

Goranboyda 11 yaşlı yeniyetmənin qətlə yetiriıməsi ilə bağlı bəzi detallar məlum olub.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, yeniyetmənin anası Gülay Təhməzova və sevgilisi Anar Məmmədov F.Təhməzovu döyərək öldürüblər.

Daha sonra uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı bataqlığa atıblar.

Yeniyetmənin döyülərək öldürülməsinə səbəb Aşura günü özbaşına rayondan Gəncəyə İmamzadə məscidinə getməsi olub.

G.Təhməzova avqustun 19-da uşağın itkin düşməsi barədə polisə müraciət edibmiş.

F.Təhməzovun sağlamlıq imkanı məhdudiyyəti var idi və autizm xəstəliyindən əziyyət çəkirmiş.

***

Goranboyda 11 yaşlı yeniyetmə öldürülüb.

“Report” xəbər verir ki, 2010-cu il təvəllüdlü Fərid Təhməzov qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***

15:19

Goranboy rayonunda 11 yaşlı uşaq itkin düşüb.

Bu barədə Yenicag.az-a Goranboy Rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ruhi-əsəb xəstəsi olan 2010-cu il təvəllüdlü Fərid Fəxrəddin oğlu Təhməzov avqustun 19-u təxminən saat 05 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.

F.Təhməzovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri, 022 245 30 72, 055 885 66 02 nömrəli əlaqə telefonlarına zəng etmələri xahiş olunur.

www.yenicag.az

1210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv