Goranboyda 16 yaşlı yeniyetməni avtomobil vurdu – hadisə yerində öldü

Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

COP29