Goranboyda baş verən ağır yol nəqliyyat qəzasının səbəbi məlum olub.
Yenicag.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.
Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.