Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, rayonun Qızılhacılı qəsəbə yolunda BMV və VAZ 21099 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1969-cu il təvəllüdlü Aybəniz Əli qızı Tanrıverdiyeva və 1964-cü il təvəllüdlü Vəzifə Əli qızı Tanrıverdiyeva ölüb.
2013-cü il təvəllüdü Cəmilə Rəsul qızı Əlizadə, 1982-ci il təvəllüdlü Rəsul Eldar oğlu Əliyev, 1990-cı il təvəllüdlü Sənəm Məmməd qızı Əliyeva, 1972-ci il təvəllüdlü Dilarə Eldar qızı Əliyeva, 1984-cü il təvəllüdü İkram İbrahim oğlu Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.