Goranboyda ağır qəza: yaralananlar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(APA)

Yenicag.az