Goranboyda ağır yol qəzası – 3 nəfər xəsarət alıb

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.