Goranboyda ağır yol qəzası: ölən və yaralananlar var

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Belə ki, “Suzuki” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb.

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

COP29