!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goranboyda ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb

!Reklam – Yazi

Goranboy rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu həkimlərin səylərinə baxmayaraq, xəstəxanada keçinib.

Qeyd edək ki, bundan əvvəl F.Quliyevin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı tibbi yardıma baxmayaraq, Goranboy rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğlu isə hadisə yerində ölüb.

Xatırladaq ki, bu gün Goranboy rayonunda, Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobilləri toqquşub.

www.yenicag.az

1847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv