Goranboyda avtomobil mal-qaraya çırpıldı – Sərnişin xəsarət aldı

Goranboy rayonunun Veyisli kəndində minik avtomobili qarşısına çıxan mal-qaraya çırpılıb.

Yenicag.az-ın məlumatına görə, “VAZ-2107” markalı avtomobil hərəkətdə olan zaman bir neçə iri buynuzlu mal-qara çıxıb. Avtomobil mal-qaraya çırpılıb.

Nəticədə minik maşınının sərnişini, 1984-cü il təvəllüdlü X.Əliyeva xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./Report