Goranboyda avtomobil maneəyə çırpıldı – Xəsarət alanlar var

Goranboy rayonunun Xan Qərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az-ın məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./report