Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda yol qəzası olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 16-ı saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.