Goranboyda avtomobillər toqquşub, ana və oğlu xəsarət aldı

Goranboyda yol qəzası olub, ana və oğlu xəstəxanalıq olub. 

Yenicag.az-ın məlumatına görə, hadisə axşam saatlarında Səfikürd kəndi istiqamətində baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü  Məmmədov Samir Əlixan oğlu və 1981-ci il təvəllüdlü anası Mehriban Məmmədova xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal