Goranboyda bədbəxt hadisə – 65 yaşlı kişi atdan yıxılıb öldü

Goranboy rayon sakini atdan yıxılaraq ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Erkəc kəndi ərazisində baş verib.

Rayonun Qarasüleymanlı kənd sakini, 1954-cü il təvəllüdlü Mehdiyev Mehdi Ağamməd oğlu Erkəc kəndindəki Qulandağ adlanan ərazidə mal-qara otararkən atdan yıxılıb.

M.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Trend/