!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goranboyda dəhşətli qəza: 4 ölü-FOTOLAR

!Reklam – Yazi

082cf2eda9c047b462215c995f8c9cceGoranboy rayonunda dəhşətli yol qəzası baş verib.

Hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. İki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov və direktor müavini Nofəl İsgəndərovdur.

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Ölənlərdən iki nəfərin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ilə Goranboy şəhərini birləşdirən yolda qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

1259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv