Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobillərinin toqquşması nəticəsində Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğlu hadisə yerində ölüb.
Xəsarət alan 6 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardıma baxmayaraq, xəsarət alanlardan biri, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı dünyasını dəyişib.
Xəsarət alanlar arasında üç uşaq var, onların vəziyyəti normaldır. Digər iki nəfərin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.