Goranboy rayonunda 4 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata əsasən, rayonun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.