Goranboyda iki avtomobil toqquşub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.
Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.
Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.