Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var – FOTO

Goranboy rayon Veyisli kəndində iki minik avtomobili toqquşub xəsarət alanlar var.

Yenicag.az xəbər verir ki, iki VAZ markalı avtomobilin toqquşması nəticəsində Rasim Rzayev və daha 3 nəfər xəsarət alıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report