Goranboyda iki nəfər göbələkdən zəhərləndi

Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.

Yenicag.az xəbər verir ki, Goranboy rayon sakinləri – 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır./report