Goranboyda iki qadın dəm qazından zəhərlənib.
Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Qaraçinar kəndində baş verib. 2004-cü il təvəllüdlü Ayşən Rəşid qızı Elyasova və 2000-ci il təvəllüdlü Gülşən Abdulla qızı Bağırova yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər.
Doğmalarının köməyi ilə hər iki qadın təcili xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sayəsində zəhərlənən qadınların durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.