Goranboyda inzibati binadan oğurluq edildi: Saxlanılan var

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

“Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb”, – deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.