Goranboyda kəlbəcərli köçkün həmyerlisini daşla qətlə yetirilib

Goranboyda qətl hadisəsi törədilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində baş verib.

Kəlbəcər rayonundan məcburi köçkün olan 1971-ci il təvəllüdlü Natiq Qafarov mübahisə zəminində daş ilə həmyerlisi 1966-cı il təvəllüdlü Mübariz Məmmədovun başına vuraraq onu qətlə yetirib.

N. Qafarov saxlanılıb. Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Yeniçağ.Az