Goranboyda maşınlar toqquşdu – Yaralılar var

Goranboyda iki minik avtomobili toqquşub. 

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşınla ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.