Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yeniçağ.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Yeniçağ.az