!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goranboyda partlamamış hərbi sursat aşkarlandı

!Reklam – Yazi

Goranboy rayonunda 3 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

Məlumata görə, yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2 ədəd mərminin və 1 ədəd əlqumbaranın tapılması barədə məlumat daxil olub: “Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-5M və OF-32) və 1 ədəd köhnə model əlqumbarası) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

www.yenicag.az

1699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv