Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanıldı

Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonun soyğunçuluq yolu talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29