Goranboy rayonu ərazisində silah-sursat aşkar edilib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun Ağcakənd kəndi ərazisində yol kənarında silah-sursat olması ilə bağlı polisə məlumat daxil olub.
Əraziyə nəzarət edən Xocalı rayon Polis şöbəsinin əməkdaşları bildirilən yerə gedərək orada 6 ədəd “AK-47 Kalaşnikov” avtomatına aid sandıq, 4 ədəd əl qumbarasına aid alışdırıcı, 7 ədəd əl qumbarası, 2,5 metr uzunluğunda güllə darağı, 1 ədəd kustar üsulla düzəldilmiş tapança, 16 kalibrli ov tüfənginə aid lülə və 497 ədəd müxtəlif növ güllələr aşkar edərək götürüblər.
Hazırda aşkarlanan silahların hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.