Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə Goranboy-Borsunlu yolunun Veyisli kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 2001-ci il təvəllüdlü İsmayılova İlahə Zahid qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.