Goranboy şəhəri Heydər Əliyev adına parkda, Goranboy rayon İcra Hakimiyyəti, “N” saylı hərbi hissə və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Quliyev Məhərrəm Böyükağa oğlu, “N” saylı hərbi hissənin rəhbər heyəti və bir qrup hərbi qulluqçuları, “Zəfərə aparan yol” layihə rəhbəri Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin bölmə rəisi Sevda Zülfüqarlı , şəhid ailələri,veteranlar , qazilər,rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Su çərşənbəsi gününə təsadüf edən tədbirdə, Hərbi Hissənin komando əsgərlərinin təqdimatında xüsusi döyüş hazırlığı, respublikanın və rayonumuzun tanınmış incəsənət ustalarının ifasında musiqi proqramı, məktəblilərin təqdimatında kitab, rəsm, əl işləri sərgisi, idmançılarımızın idman göstəriciləri, mədəniyyət evlərinin təqdimatında milli kulinariya nümunələri və Novruz bayramı atributları nümayiş etdirildi. Əsgər və gənclərimizin birgə kross qaçışı və kəndirbaz tərəfindən nümayiş etdirilən akrobatik hərəkətlər maraqla izlənildi, çərşənbə tonqalı qalandı. Hərbi xidmət keçən əsgərlərimizin əhval-ruhiyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə “Əsgərə məktub” layihəsi keçirildi. Tədbir çərçivəsində, müxtəlif idman yarışlarında və müsabiqələrdə fəqlənən yeniyetmə və gənclər Fəxri Fərman, diplom və təşəkkürnamələrlə təltif olundular.