Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Gorbagor" statusu diriltməyə çalışan Lavrov: "Onun cəfəng iddiaları yerlə bir ediləcək" - POLİTOLOQ

Reklam: High Technic

“Bütün bu manevrlər Rusiya ilə Azərbaycan münasibətlərinə xələl gətirəcək davranışlardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Primakov qiraəti” forumundakı çıxışında Qarabağın statusu məsələsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli Lavrovun çıxışlarının Ermənistan cəmiyyətinə ünvanlanmış mesaj olduğunu qeyd edib:

“Lavrov mütəmadi olaraq eyni prinsiplərlə çıxış edir. Bunlar Rusiyanın indiki şəraitdə Minsk qrupunun digər həmsədrlərilə müəyyən qədər yumşaldıcı mövqe sərgiləməsinə uyğun şəkildə səsləndirilən fikirlərdir. Yaxınlarda Rusiya və ABŞ prezidentləri arasında görüşün keçirilməsi gözlənilir. Bu görüş zamanı bir sıra məsələlərlə yanaşı, çox güman ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərilə bağlı, eyni zamanda Azərbaycan-Ermənistan sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı məsələlər də müzakirə ediləcək. İndiki şəraitdə hansı statusdan söhbət getdiyi bəlli deyil. Ola bilsin, bu, seçki öncəsi Emrənistan cəmiyyətinə ünvanlanmış mesajdır. Bütün bu manevrlər Rusiya ilə Azərbaycan münasibətlərinə xələl gətirəcək davranışlardır. Rusiyanın son davranışlarında da iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək kifayət qədər amillər var. Qənaətimə görə, NATO sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşündə əldə ediləcək nəticələr Lavrovun cəfəng iddialarının yerlə bir edilməsinə zəmin yaradacaq”.

Aqil Bəkir

www.yenicag.az

451
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100