Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Gördüm, ailəm dağılmasa..." - 2 dəfə boşanan Sevdadan İNANILMAZ ETİRAF

İki dəfə ailə qurub, boşanan müğənni Sevda Sanəliyeva keçmiş həyat yoldaşlarından danışıb.

Yenicag.az xəbər verir ki, müğənni ailə qurarkən səhv addım atdığını etiraf edib:

“İlk dəfə ailə quranda tez və həyəcanlı bir qərar verdim. Sadəcə, ailə qurmaq istədim. O, pis insan deyildi, heç əla da deyildi. Ondan övladım var, haqqında pis heç nə deyə bilmərəm. Tez ailə qurub, tez də ayrıldıq. Bir yerdə qalmağımız bir ay çəkdi, yolun yarısından qayıtdım. İkinci dəfə ailə quranda da sağlam qərar vermədim. Onunla anam xəstəxanada olduğu vaxtda tanış oldum. Anam 21 gün xəstəxanada qalandan sonra, dünyasını dəyişdi. Ondan sonra hara baxırdım o insanı görürdüm. Anama görə yaşadığım ağır günlərdə onunla rahatlıq tapırdım. Mənə yazırdı, dəstək olurdu. Ailə qurdum və bu, həyatımın ən səhv qərarı idi. Ancaq peşman deyiləm, çünki mələk kimi qızım var. Aramızda çox böyük qısqanclıqlar, xasiyyət uyğunsuzluğu vardı. Sona qədər çalışdım, əlimdən gələni etdim ki, ailəm dağılmasın. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedir”.

Müğənni bu sözləri Space TV-nin efirində deyib.

Nehru

www.yenicag.az

882