Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Gördüyün işi sevməlisən" - Millimizin baş məşqçisi

Reklam: Sinerji Pro

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Türkiyənin “Sabah” nəşrinə müsahibə verib.

Yenicag.az xəbər verir ki, o, müsahibəsində millimizin durumundan, eləcə də bir sıra maraqlı məqamlardan söz açıb.

Vüqar Məmməd əvvəlcə nəyə görə Antalyaya üz tutduqlarının səbəbini açıqlayıb:
“Komanda olaraq Antalyanı çox bəyənirik. Onsuz da Türkiyəni bəyənməmək əldə deyil. Avropa və Asiyanın bir çox klubları təlim-məşq toplanışı üçün bura üz tutur. Burada məşq və oyun meydançaları kifayət qədərdir. Bizim üçün önəmli olan da budur. Bundan başqa burada eyni dildə danışıb, bir-birimizi başa düşürük. Burada bir sıra yoxlama matçları keçiririk. Bu da bizim üçün çox faydalıdır”.

Gənc çalışdırıcı yığmamızın hazırkı durumundan da söz açıb:
“Milli komanda olaraq çətin dönəmə girəcəyik. Martda Bakıda bir araya gələrək Rusiyada Avro-2019-un elit-raundunun qrup matçlarına qatılacağıq. Qrupda Rusiya, İrlandiya və Rumıniya kimi komandalarla qarşılaşacağıq. İnşallah, bu qrupdan da çıxarıq. U-19 milli komanda səviyyəsində Azərbaycanın ən yaxşı nəticəsini əldə etdik”.

Vüqar Məmməd müsahibəsində millidəki fəaliyyətindən də bəhs edib:
“U-16 komandası olaraq 2000 və 2001-ci il təvəllüdlü futbolçularla 4 ildir çalışırıq. Bu komanda 2016-cı ildə U-17 olaraq qeydiyyata alındı. Mən isə həmin il Avro-2017-nin seçmə mərhələsinə ay yarım qalmış məşqçilər korpusu ilə birgə milli komandanın başına gətirildim. Qrupumuzda güclü komandalar var idi. İngiltərə, Avstriya və Rumıniyanın yer aldığı qrupda 3-cü olduq. Halbuki, qısa müddət ərzində hazırlıq keçmişdik. 2017-ci ildə isə U-15 və 16 millilərini çalışdırdım. İlin sonunda isə U-19-a baş məşqçi təyin olundum. Köməkçi məşqçilərlə birlikdə bu komandanı çox yaxşı tanıyırıq. Bu günə qədər də durmadan irəliləyirik”.

Vüqar Məmməd müsahibəsində Türkiyənin “Trabzonspor” və “Altınordu” klublarında təcrübə keçməsindən də danışıb:
“Bu, mənim üçün çox böyük təcrübə oldu. Bu klublardan milli komandaya futbolçular qazandırdıq. Bizim milliyə dəvət etdiyimiz futbolçular irəliləyiş əldə etdilər. “Beşiktaş”, “Trabzonspor”, “Qalatasaray”, “Altınordu”nun əsas komandasına yüksələnlər oldu. Hətta bəziləri Türkiyənin müxtəlif yaş qrupları üzrə millilərdə çıxış edir. Bəziləri isə Azərbaycanın U-21 millisində top qovur. “Altınordu”nun prezidenti Seyit Mehmet Özkan 2017-ci ildə mənə məsləhət verdi ki, azərbaycanlı futbolçulara sahib çıxmaq lazımdır. Onlara dəyər verməyimi, üzərlərində çox işləməyimi istədi. Bilirsiniz ki, onun özü futbolçu yetişdirmək baxımından ustaddır. Hazırda “Altınordu”nun yetirmələrinin haralarda çıxış etdiyini də bilirsiniz. Mehmet bəyin bir cümləsi mənə çox təsir elədi. Onun sözdə və əməldə etdiyi inkişafı gördüm. Bu günə qədər də azərbaycanlı futbolçuların daha səviyyəli, daha bacarıqlı olduğunu düşünürək onların uğur qazanması üçün durmadan çalışıram”.

Millimizin baş məşqçisi yığmada yer alan futbolçulardan da danışıb:
“Komandamızda Azərbaycan Premyer Liqasından, divizondan, Almaniya, Rusiya, Litva və İngiltərədə çıxış edən futbolçular var. Bəlli bir sistemimiz mövcuddur. Futbolçular klublarında yaxşı oyun sərgilədikdən sonra milliyə dəvət alırlar. Bizim üçün 5 meyar önəmlidir – texnika, taktika, güc, sosial aktivlik və psixoloji durum. Bu meyarlarla bağlı klubların baş məşqçiləri ilə müzakirə etdikdən sonra qərar verirəm. Hər yaş qrupunun çətinlikləri var. Fikrimcə, əvvəlcə gördüyün işi sevməlisən və çox intizamlı olmalısan. Bundan sonra da meyarlara ayıracaqsan və durmadan fərdi, qrup, komanda şəklində çalışacaqsan. Bu, çətin olduğu qədər, eyni zamanda da zövqlü bir işdir”.

Emin

www.yenicag.az

6960
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM