“Görəndə yolumu dəyişirəm” – Tanınmış aparıcı KİMİNLƏ KÜSÜLÜDÜR?

 

“Salam vermədiklərim var, amma bu o demək deyil ki, onlarla küsülüyəm. O insanları görəndə yolumu dəyişirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.

O, küsülü olmadığı, lakin davranışını, şəxsiyyətini sevmədiyi üçün görəndə yolunu dəyişdiyi adamların olduğunu bildirib:

“Heç kimlə küsülü deyiləm, heç düşmənim də yoxdur. Davranışını, şəxsiyyətini sevmədiyim insanlar var, bu da küsülü olmaq anlamına gəlməz. Çalışıram o tiplərlə üz-üzə gəlməyim. Salam Allah salamıdır, o salamı verməyi belə Allah mənə nəsib etməsin deyə, o insanları görəndə yolumu dəyişirəm”.

Nehru

COP29