Cənubi Koreyanın Qanqvon əyalətində LPG stansiyasında qaz sızması nəticəsində güclü partlayış baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra başlayan yanğında alov ətrafdakı tikililəri və avtomobilləri bürüyüb.
Qanqvon yanğınsöndürmə idarəsindən verilən açıqlamada baş verən hadisədə 5 nəfərin yaralandığı bildirilib. Hadisələrin ardından 5 nəfərin yanaraq öldüyü məlum olub.
Məlumatda qeyd olunur ki, ilk baxışda ərazidə duman olduğu zənn edilib, lakin qaz sızması partlayışa səbəb olub.
Təxminən 3 saat ərzində hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən alov nəzarət altına alınıb. Partlayış və yanğının şiddətindən bölgədə 14 bina zərər görərkən, ən azı 25 nəfər təxliyə edilib.
İsmayıl Bakuvi