!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Görəsən bunlar görüşməkdən yorulmurlar?" - Aqil Abbas

!Reklam – Yazi

“Bunlar görüşməkdən yorulmurlar? Gülümsəyə-gülümsəyə şəkil çəkdirməkdən yorulmurlar? Vallah, mən onların bəyanatlarını oxumaqdan yorulmuşam”.

Bu sözləri Yenicag.az-a Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünə münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “əsgərlər kazarmaya qayıtmalıdır” fikirinə isə Aqil Abbas belə münasibət bildirib:

“O, çox ağıllı adamdır. O, elə deyirsə, onun sözünü yerə salmayacağıq ki”.

Aqil Abbas Elmar Məmmədyarovun bu fikirləri hansı dildə səsləndirməsinin maraqlı olduğunu deyərək, qeyd edib ki, bəlkə onlar nazirimizi düzgün başa düşməyiblər.

Səxavət Məmməd

www.yenicag.az

1811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv