Bir sıra meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdırır.
Yenicag.az xəbər verir ki, gözlər üçün faydalı olan yeyinti məhsullarını təqdim edir:
Yerkökü karotinoid mənbəyidir və görmə itiliyini artırır.
Kəsilmiş malın qaraciyərində olan retinol görmə sinirinin işini yaxşılaşdırır.
Yağlı balıq növləri A vitamin və aminturşu mənbəyidir, gözün normal fəaliyyətini təmin edir.
İspanaq lüteinlə zəngin olduğuna görə göz bülluru üçün faydalıdır.
Antioksidantlarla zəngin qaragilə göz kapilyarlarını qidalandırır.
Şirin bibər göz damarlarının tonusunu normallaşdırır.
C vitamin ilə zəngin sitrus meyvələri gözün yerli qan dövranını yaxşılaşdırır.
C və E vitamin ilə zəngin olan kivi isə torlu qişaya müsbət təsir edir.
İtburnu bitkisi gözün yerli qan dövranını yaxşılaşdırır.
A, B, C vitaminləri ilə zəngin olan cəfəri isə göz yorğunluğunu azaltmağa kömək edir.