Yaponiyanın məşhur “Panasonic” elektronika firması kamera ilə görüntüsü qeydə alınan insanın ürəyinin döyüntüsünü ölçə bilən cihaz hazırlayıb.
Yeniçağ.Az xəbər verir ki, “təmassız həyatı qavrama” adlanan bu texnologiya hərəkət edən idmançının ürək döyüntüsünü ölçmək məqsədilə hazırlanıb. Yeni cihazla təzyiq və stress səviyyəsinin də ölçülməsi mümkün olacaq.
Gələn il satışa çıxarılması planlaşdırılan “təmassız həyatı qavrama” cihazının daha da təkmilləşdirilməsi nəzərdə tutulub.(Azərtac)
Yeniçağ.Az