İrəvandakı Göy Məsciddə erməni müəllimlər üçün fars dili kursu keçirilib.
Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, erməni müəllimlər üçün fars dilinin tədrisinin müasir üsulları üzrə biliklərin artırılması kursunun bağlanış mərasimi İran səfirliyinin mədəniyyət müşaviri Əsədi Movəhhed və Sədi Fondunun Ermənistandakı nümayəndəsinin iştirakı ilə baş tutub.