!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçay çayı üzərindən nəqliyyatın hərəkəti bir həftə ərzində bərpa olunacaq

!Reklam – Yazi

Sabah Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpası üçün işlərə başlanılacaq.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Urfan Mütəllimov APA-nın yerli bürosuna bildirib ki, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və mütəxəssisləri Göyçay çayı üzərindəki dağılmış körpüyə baxış keçirib.

Onun yerində yeni körpünün və bir qədər aralıda isə alternativ körpünün tikintisi üçün müəyyən məsləhətləşmələr aparılıb. S.Məmmədov çayda suyun səviyyəsi aşağı düşəndən sonra ərazidə inşaat işlərinə başlamaqla bağlı “Körpübinatikinti” ASC-yə göstəriş verib. U. Mütəllimov deyib ki, hazırda çayda su azalmağa doğru gedir: “İlk növbədə çayda suyun axın istiqamətinin dəyişdirilməsi, yəni suyun kənardan mərkəzə yönəldilməsi üçün tədbirlər görüləcək. Bu məqsədlə axşam saatlarında Göyçaya texnikalar gətiriləcək. Sonra isə beton borular üzərində müvəqqəti olaraq alternativ körpü inşa etməklə nəqliyyatın hərəkəti bərpa ediləcək. Alternativ körpünün tikintisi bir həftə ərzində başa çatdırılacaq. Bu müddət ərzində sürücülər Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedə bilərlər. Hazırda isə əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılır və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılır. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur”.

U. Mütəllimov qeyd edib ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metr hissəsi dağılıb, qalan hissəsi möhkəmdir, bərpa etmək olar: “Mütəxəssislər körpüyə baxış keçirdikdən sonra qərara gəliblər ki, onun altındakı dəmir-beton dayaqların dağılmaq ehtimalı yoxdur, orada müəyyən bərpa və bərkitmə işləri görüləndən sonra həmin körpünü yenidən qurmaq olar. Əsas körpünün sol tərəfindəki çay sahili torpaq qatının selin təsiri nəticəsində yuyulmasının qarşısının alınması üçün beton bənd qurulacaq, ərazidə bərkitmə işləri görüləcək. Körpünün inşası işləri bir neçə aya başa çatdırılacaq”.

www.yenicag.az

1472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv