!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçay RİH sakinlərin iddialarına CAVAB VERDİ: "Göstərilən faktların heç bir əsası yoxdur" - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bir qrup Göyçay şəhər sakini 6 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olması və rayonla məktəb rəhbərliyinin qanunsuz əməllərilə bağlı redaksiyamıza şikayət ünvanlayıblar.

Yenicag.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən sakinlərin şikayətinə cavab verilib.

RİH-dən Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, yayımlanmış faktların heç bir əsası yoxdur:

“Rayonun ümumtəhsil müəssisələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barədə paylaşımda göstərilən faktların heç bir əsası yoxdur və böhtandır”.

Həmçinin bildirilib ki, Göyçay şəhər 6 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinin aparılması “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.

Məsimə

www.yenicag.az

323
Ads
www.veteninfo.com
!Reklam – Arxiv