!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçay və Ağdamda hava şəraiti kəskin pisləşdi: Məktəbin damı uçdu, avtomobilin üstünə ağac aşdı

!Reklam – Yazi

Göyçay və Ağdamda hazırda şiddətli hava şəraiti qeydə alınır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur.

Göyçayda qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.

İlkin məlumatlara görə, bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb.
Ağdamda yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb.

Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ-2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv