Göyçayda 50 yaşlı qadın özünü yandırdı

Göyçayda qadın intihara cəhd edib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mirzə Hüseynli kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı bu gün yaşadığı evdə özünü yandırıb. Yanıq xəsarətləri alan qadın Göyçay Mərkəzi rayon xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.