Göyçayda 6 otaqlı evdə yanğın baş verdi

Göyçayda 6 otaqlı evdə yanğın baş verib.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 kvadratmetr sahədə, bir otağının döşəməsi 25 kvadratmetr sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.