Göyçayda ağır qəza: avtomobil piyadanı vurdu

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əlağa oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.