Göyçayda ağır yol qəzası: Ölən və yaralananlar var – FOTOLAR

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

00:31

Təsdiqlənməmiş son məlumatlara görə, “Mercedes” və VAZ markalı iki avtomobilin toqquşması nəticəsində azı 4-5 nəfər dünyasını dəyişib, daha bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qəzadan görüntüləri təqdim edirik: